Dünya

Erməni ekspertlər həyəcan təbili çalırlar: “Ermənistanda yoxsulluq baş alıb gedir”

Sharing is caring!

Ermənistanda yoxsulluq sürətlə artır.

Bunu erməni ekspert, analitik Aram Safaryan mətbuat konfransında deyib:

“Yoxsulluğun səviyyəsi ilin əvvəlində 27% olduğu halda, bu ilin sonuna kimi 48%-ə çata bilər. Bu, hakimiyyət, siyasi sahə, ictimai fəallar, elmi və ekspert ictimaiyyəti üçün həyəcan siqnalıdır. Biz bu dərəcələri minimuma endirmək üçün səy göstərməliyik”.

Öz növbəsində onun həmkarı, iqtisadçı Tatul Manaseryan bildirib ki, bütövlükdə ölkədə yoxsulluq 48%-ə yaxınlaşdığı halda, Şirak bölgəsində bu göstərici çoxdan 50%-i keçib. Bu o deməkdir ki, hər ikinci vətəndaş yoxsulluq həddində yaşayır.

İqtisadçı Aşot Tavadyanın fikrincə, Ermənistan iqtisadiyyatı “çox ciddi xəstəliklərdən əziyyət çəkir”. O, əsas problem kimi kəskin ticarət balanssızlığını, ardınca isə işsizlik və miqrasiyanı göstərib. “Hökumət bu “xəstəlikləri” sağaltmaq üçün ciddi tədbirlər görməlidir”, – deyə o bildirib.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir