Dünya

Kiyevdə sovet dövrü ilə əlaqədar olan küçə adlarının hamısı dəyişdirilir

Sharing is caring!

Ukrayna paytaxtı Kiyevdə sovet dövrü ilə əlaqədar olan 95 küçə, döngə və meydanın adı dəyişdirilib.

Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

O qeyd edib ki, qərar Kiyev Şəhər Şurasının deputatları tərəfindən təsdiqlənib.

V.Kliçko əlavə edib ki, küçə və meydanlara verilən yeni adların arasında Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmış, dövlətin ərazi bütövlüyü uğrunda canlarından keçən şəxslərin, həmçinin tanınmış elm və incəsənət xadimlərinin isimləri yer alacaq.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir