Dünya

Rusiya Ukraynada dəmir yolu vağzalını vurdu: Çox sayda ölənlər və yaralananlar var – FOTO

Sharing is caring!

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinin

Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər.

Son məlumatlara görə, zərbə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.

Artıq bir sıra rəsmilər, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hadisəni qınayan bəyanatlarla çıxış ediblər.

“Müharibə cinayətləri cəzasız qalmayacaq. Ukrayna ilə beynəlxalq həmrəylik isə geri çəkilməyəcək”, – deyə Mişel qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir