Dünya

“YouTube” “KamAZ”ın hesabını sildi

Sharing is caring!

“Google”a məxsus “YouTube” videohostinqi Rusiyanın “KamAZ” avtomobil istehsalçısının rəsmi hesabını silib.

Bu barədə avqustun 24-də KamAZ-ın Telegram kanalında məlumat verilib.

“Təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə, platforma administrasiyası tərəfindən hesabımızı bloklaması ucbatından “YouTube” video hostinqindəki fəaliyyətimizi dayandırmaq məcburiyyətindəyik”, – deyə şirkətdən yayılna məlumatda bildirilib.

Qeyd olunub ki, “YouTube” sözügedən kanalı ixrac məhdudiyyətləri və sanksiyalarla bağlı hostinq qaydalarına uyğun olaraq bərpa imkanı olmadan silib.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir