Dünya

Şoyqu Ukraynada hərbi əməliyyatların ləng getməsinin səbəbini AÇIQLADI

Sharing is caring!

“Ukraynada keçirilən xüsusi əməliyyat zamanı hücumu ləngitmək şüurlu qərardır və mülki əhali arasında itkilərin qarşısını almağa kömək edir”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin görüşü zamanı deyib.

O, həmçinin əlavə edib ki, xüsusi əməliyyat plan üzrə gedir.

Qeyd edək ki, ŞƏT ölkələrinin müdafiə nazirlərinin sammiti bu gün Daşkənddə başlayıb. Görüşdə Rusiya, Belarus, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan və müşahidəçi ölkələrin nümayəndələri iştirak edirlər.

Mənbə: Vesti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir