Dünya

Nensi Pelosinin əri islah işi cəzasına məhkum edildi

Sharing is caring!

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı, iş adamı Pol Pelosi sərxoş halda avtomobil idarə etdiyinə görə bir günlük islah işi cəzasına məhkum edilib.

Pelosi ona qarşı irəli sürülən ittihamların iki maddəsi üzrə təqsirli olduğunu etiraf edib.

Kaliforniyanın Napa dairəsi məhkəməsi onu beş günlük həbs cəzasına məhkum etsə də, onlardan dördü artıq hesablanıb, sonuncusu isə səkkiz saatlıq ictimai işlə əvəz olunub.

Pelosi həmçinin üç illlik islah müddəti və 6800 dollar pul cəzasına məhkum edilib. O, sərxoş vəziyyətdə avtomobil idarə etmənin təhlükələri ilə bağlı üç aylıq kursda iştirak etməlidir.

Bununla yanaşı, onun avtomobili tənəffüs testi aparatı ilə təchiz ediləcək.

Qeyd edək ki, mayın sonunda Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs olundu. O, eyni vaxtda iki dövlət yol hərəkəti qaydasını pozmaqda ittiham olunub. Daha sonra iş adamı 5 min dollar girov müqabilində sərbəst buraxılıb.

Nensi Pelosi özü hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir