Dünya

ABŞ Ukrayna üçün rekord məbləğdə hərbi yardım ayıracaq

Sharing is caring!

Amerika Birləşmiş Ştatları Ukraynanın Müstəqillik Günündə üç milyard dollarlıq hərbi yardım paketi elan edəcək.

Paket rəsmi olaraq 24 avqustda açıqlanacaq.

Məlumata  görə, paketdə nəzərdə tutulan vəsait pilotsuz təyyarələrin, silahların və digər avadanlıqların tədarükü üçün müqavilələrin maliyyələşdirilməsinə sərf olunacaq.

Eyni zamanda, bu vəsait həm də Ukrayna qoşunlarının döyüş qabiliyyətini artırmaq məqsədilə onlara təlim keçirilməsinə xərclənəcək.

Əvvəlki paketlərdən fərqli olaraq, yeni maliyyə yardımı əsasən orta və uzunmüddətli perspektivdə Ukraynaya müdafiə mövqeyini gücləndirməyə kömək etmək məqsədi daşıyır.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir