Dünya

Ərdoğan: “Krımın ilhaqını tanımırıq, Ukraynaya qaytarılmalıdır”

Sharing is caring!

“Türkiyə Krımın ilhaqını tanımır, ilk gündən bu addımın qeyri-qanuni və hüquqdankənar olduğunu müdafiə edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması sammitinə video müraciətində bəyan edib.

O, platformanı düzgün hesab etdiklərini və onu dəstəklədiklərini bildirib.

“Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir. Ukraynanın suverenliyinin qorunması qlobal təhlükəsizlik və sabitlik üçün çox vacibdir”, – deyə o, əlavə edib.

Dövlət başçısının sözlərinə görə, Krım tatarlarının təhlükəsizliyi də Türkiyənin prioritetləri sırasındadır.

“Keçən il Kiyevdə platformanın birinci zirvə toplantısına qatıldıqdan sonra saxlanılan Krım tatarlarının Birinci Məclisi sədrinin müavininin və onun dostlarının ən qısa zamanda evlərinə qayıdacağına ümid edirəm”, – deyə R.T.Ərdoğan bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir