Dünya

ABŞ Ukraynaya hərbi yardım paketinə yeni sursatlar daxil etdi

Sharing is caring!

ABŞ “Excalibur” sursatlarını Ukraynaya yeni hərbi yardım paketinə daxil edib. Vaşinqtonun tədarük etdiyi silahlar müvafiq siyahıda göstərilənlərlə “məhdudlaşmır”.

Qeyd edilir ki, “Excalibur” idarəolunan artilleriya mərmiləri 155 millimetrlik artilleriya qurğularında istifadə edilir. Bildirildiyinə görə, ABŞ Ukraynanı göstərildiyindən daha çox silahla təmin edir.

Məsələn, bu yaxınlarda “Yahoo News” belə bir təxmin irəli sürdü ki, ABŞ Ukraynaya ATACMS ailəsinin idarəolunan operativ-taktiki ballistik raketlərini verib. Bu raketlərin veriləcəyi isə Pentaqon tərəfindən rəsmən bəyan olunmayıb.

Mənbəy: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir