Dünya

Almanlar Türkiyəni ziyarət edən turistlər arasında rusları geridə qoydular

Sharing is caring!

2022-ci ilin yanvar-iyul aylarında Türkiyəyə təxminən 2,2 milyon rusiyalı turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz çoxdur.

Müvafiq məlumat ölkənin Mədəniyyət və Turizm Nazirliyinin saytında dərc olunub.

Belə ki, bu ilin ilk yeddi ayı ərzində Türkiyə kurortlarında Rusiya bazarının payı 9,54 faiz təşkil edib ki, bu da turist axınına görə ölkələrin ümumi reytinqində ikinci göstəricidir. Təxminən üç milyon səyahətçinin gəldiyi Almaniya ilk sıranı tutub. Almanlar turist sayına görə rusiyalıları təxminən üç faiz üstələyib.

Turist axınına görə üçüncü yeri 1,8 milyon turistin gəldiyi Böyük Britaniya tutub. Beləliklə, Britaniyanın türkiyənin turizm bazarındakı payı 7,8 faiz təşkil edib. İlk beşliyi isə Bolqarıstan (1,43 milyon turist) və İran (1,27 milyon) tamamlayıb.

Ümumilikdə, 2022-ci ilin ilk 7 ayında Türkiyəyə 23 milyon xarici turist gəlib. Bu, ötən illə müqayisədə 2,3 dəfə çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir