Dünya

UNICEF: “Ukraynada minə yaxın uşaq yaralanıb və öldürülüb”

Sharing is caring!

Təxminən altı ay əvvəl başlayan müharibədə nəticəsində Ukraynada azı 972 uşaq zorakılıqlar nəticəsində ölüb və ya yaralanıb. Orta hesabla hər gün hərbi əməliyyatlar beş və ya daha çox uşağın ölümü və ya yaralanması ilə nəticələnir.

Bu barədə bazar ertəsi UNICEF-in rəhbəri Ketrin Rassel məlumat verib.

“Bu, yalnız Birləşmiş Millətlər Təşkilatının təsdiq edə bildiyi məlumatlardır. Biz real rəqəmlərin daha çox olduğunu düşünürük”, deyə BMT-nin Uşaq Fondunun icraçı direktoru bildirib.

Onun sözlərinə görə, uşaq itkilərinin çoxu partlayıcı silahlardan istifadə nəticəsində baş verir.

“Hər müharibədə olduğu kimi, böyüklərin ehtiyatsız qərarları uşaqları əhəmiyyətli risk altında qoyur” – deyə Rassel əlavə edib.

O, qeyd edib ki, öldürülmək və şikəst edilməklə yanaşı, azyaşlı ukraynalılar hər gün müharibənin dəhşətləri ilə üzləşməli olurlar, zorakılıqdan qaçanlar ailələrindən ayrılaraq cinsi istismar, zorakılıq və insan alveri riski ilə qarşılaşırlar.

“Bir neçə gündən sonra yeni dərs ili başlayır, lakin Ukraynada hər onuncu məktəb dağıdılıb. Ölkə boyu zorakılığın artması Ukraynanın təhsil sistemini məhv edib”, – deyə Rassel vurğulayıb.

Mənbə: un.org

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir