Dünya

Əfqanıstan bitkilərlə neft barteri etmək istəyir

Sharing is caring!

“Əfqanıstan hökuməti ölkədəki vəziyyətə nəzarət edir və neft məhsullarının tədarükü müqabilində Rusiyaya faydalı qazıntılar, quru meyvələr və dərman bitkiləri təklif edə bilər”.

Bunu ölkənin sənaye və ticarət naziri Nuriddin Əzizi deyib.

“Hazırkı Əfqanıstan hökuməti bütün ölkə ərazisinə nəzarət edir, vəziyyət təhlükəsizdir. İndi isə biz Rusiyadan idxal olunan məhsulların, o cümlədən məhsul və enerji resurslarının müqabilində öz faydalı qazıntılarımızın bir hissəsini Rusiyaya verə bilərik”, – deyə o bildirib.

O, həmçinin, Əfqanıstanın Rusiyaya quru meyvələr və dərman bitkiləri təklif edə biləcəyini vurğulayıb.

“Biz Rusiyaya yüzlərlə ton belə məhsul verə bilərik”, – deyən Əzizi dərman bitkilərinin yüksək qiymətlərinə işarə edərək, Rusiyanın hazırda buna tibdə ehtiyacı olduğunu qeyd edib.

“Onlardan barter ticarətində istifadə etmək mümkündür. Artıq Çinlə etdiyimiz kimi, Rusiya zavodlarını xammalla təmin edə bilərik”, – deyə o, sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir