Dünya

Modelyer Corco Armani Siciliya yaxınlığındakı adadan təxliyə edildi – FOTO/VİDEO

Sharing is caring!

İtaliyanın Siciliya vilayətinin cənub-qərbində yerləşən Pantelleriya adasında iki yanğın baş verib.

Nəticədə onlarla insanın təxliyəsinə başlanılıb. Onların arasında məşhur modelyer və sahibkar Corco Armani də var.

Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

“Ən azı iki yanğın. <…> İlk baxışdan yanğının qarşısının alınması mümkünsüz görünür. ‹…› Bəzi evlər yandı. Onlarla insan təxliyə edildi”, – deyə qəzet yazıb.

“Qaçan turistlər arasında bir neçə məşhur şəxs də var. Keçmiş futbolçu Marko Tardelli və modelyer Corco Armani də təxliyə edilənlər sırasındadırlar”, – deyə qəzet qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir