Dünya

İrəvanda partlayış yerində axtarış işlərinə yenidən başlanılıb

Sharing is caring!

Ermənistan Fövqəladə Hallar Nazirliyi partlayışın baş verdiyi “Surmalu” topdansatış bazarında bu gün axtarış işlərini yenidən bərpa edib.

Bu barədə qurumun mətbuat xidmətindən xəbər verilib.

Məlumatda bildirilir ki, buna səbəb itkin düşən bir vətəndaşın axtarışıdır.

Xatırladaq ki, avqustun 14-ü günorta saatlarında İrəvanda “Surmalu” bazarında partlayış və yanğın baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 17 nəfər ölüb. Bununla əlaqədar Ermənistanda avqustun 17-si və 18-i matəm elan olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir