Dünya

Londonda “The Beatles” qrupunun üzvü olan İŞİD cəlladı həbs edilib

Sharing is caring!

Londonda qondarma “The Beatles” silahlı qruplaşmasının üzvü olan İŞİD cəlladı saxlanılıb.

Eyn Lesli Devis adlı İŞİD üzvü terrorizm ittihamı ilə həbs olunub.

Bu barədə avqustun 11-də şəhər polisi məlumat yayıb.

“Eyn Lesli Devis <…> 2000-ci il Terrorizm Aktının 15, 17 və 57-ci bəndlərini pozmaqda ittiham edilib”, – deyə məlumatda qeyd edilir.

Məhkəmə bu gün keçiriləcək.

Devis bir gün əvvəl London hava limanlarından birində saxlanılıb. O, Türkiyədən Böyük Britaniyaya uçub. Britaniyada o, bir neçə il əvvəl terrorizm ittihamı ilə məhkum edilib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir