Dünya

Afrika ölkəsində 874 məhbus həbsxanadan qaçdı

Sharing is caring!

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Butembo şəhərindəki həbsxanadan 800-dən çox məhbus qaçıb.

Ölkə mətbuatının məlumatına görə, Butembodakı Kakvanqura həbsxanasına “Mai-Mai Kata Katanqa” üsyançı qruplaşması hücum edib.

Hücum zamanı üsyançılar 874 nəfərin saxlandığı həbsxananın qapılarını sındıraraq məhbusların qaçmasına kömək ediblər.

Hücum zamanı qrup üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 2 polis və 1 üsyançı həyatını itirib.

Şəhərin şimal-şərqinə doğru qaçan məhbusların tutulması üçün əməliyyat başlayıb.

Qeyd edək ki, “Mai-Mai Kata Katanqa” separatçı qruplaşması ölkənin ən zəngin əyaləti olan Katanqanın müstəqilliyi uğrunda mübarizə aparır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir