Dünya

“Barselona” oyunçularından qazandıqları pullar geri alına bilər

Sharing is caring!

“Barselona”nın üç futbolçusu qazandıqları pulları geri qaytarmağa məcbur ola bilər. Buna səbəb müqavilələrinin məhkəmə tərəfindən qanunsuz hesab olunmasıdır.

Bu barədə jurnalist Rocer Torello “Twitter” hesabında məlumat verib.

Onun sözlərinə görə, söhbət Kataloniya klubunun alman qapıçısı Mark-Andre ter Ştegen, müdafiəçi Kleman Lanql və yarımmüdafiəçi Frenki de Yonqdan gedir. Bu futbolçular 2020-ci ilin oktyabrında “Barselona” ilə yeni müqavilə imzalayıblar. Kataloniyalıların yeni rəhbərliyi isə hesab edir ki, bu razılaşmalar qanuna uyğun imzalanmayıb.

Həmçinin mətbuatda yayılan xəbərlərdə “Barselona”nın bir sıra futbolçularının maaşlarını azaltmaq istədiyi qeyd edilir. Bundan başqa, klub yeni mövsüm üçün bir neçə futbolçunu qeydiyyatdan keçirə bilmir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir