Dünya

Ukraynadan taxıl daşınması davam edir: Daha iki gəmi yola düşdü

Sharing is caring!

Türkiyənin təşəbbüsləri nəticəsində Ukraynadan taxıl daşınması davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyi taxıl dəhlizi çərçivəsində daha iki gəminin Ukraynanın Çernomorsk limanından yola düşdüyünü açıqlayıb.

“Taxıl daşınması çərçivəsində bu səhər Liberiya bayraqlı “OCEAN LION” gəmisi Çernomorskdan Cənubi Koreyaya 64 720 ton qarğıdalı və Türkiyə bayraqlı “RAHMİ YAĞCI” gəmisi Çernomorskdan İstanbula 5 300 ton günəbaxan əzməsi daşımaq üçün hərəkətə keçdik. Gecə saatlarında Ahırkapıda lövbər salan 4 gəmiyə də növbəti saatlarda baxış keçiriləcək”, – deyə nazirliyin “Twitter” hesabından edilən açıqlamada bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir