Dünya

“Google”un data-mərkəzində partlayış baş verib: Yaralananlar var

Sharing is caring!

ABŞ-ın Ayova ştatında “Google”un məlumat işlənmə mərkəzində partlayış baş verib.

Bu barədə şəhər polisinin məlumatında bildirilib.

Nəticədə üç elektrik ağır yanıq xəsarətləri alıb.

Hadisə “Google”un Manava gölünün yaxınlığında yerləşən kompleksində baş verib. Bu, şirkətin ən böyük məlumat mərkəzlərindən biridir. Müəssisədə böyük həcmdə məlumatların saxlanması və işlənməsi üçün yüzlərlə superkompüter var.

Qeyd edək ki, dünən gecə müxtəlif ölkələrdə “Google” istifadəçiləri nasazlıqdan şikayətlənib. Bu iki hadisənin bir-birilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.

Mənbə: SFGATE

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir