Dünya

İspan gəmiləri quldurlardan qorunmaq üçün yeni imtiyaz aldı

Sharing is caring!

İspaniya hökuməti ispan gəmiçilik şirkətlərinə özəl mühafizə şirkətlərindən istifadə etməyə icazə verib. Buna səbəb dəniz quldurluğu riski altında olan sularda üzərkən gəmilərin təhlükəsizliyinin təmin edilməsidir.

Məlumata görə, Nazirlər Kabineti “Dövlət limanları və ticarət donanması haqqında” qanuna dəyişiklik edib. Qanuna təhlükəsizliklə bağlı yeni əlavə müddəa daxil edib. Gəmiçilik şirkətlərindəki mənbələrin qeyd etdiyi kimi, söhbət mühafizə şirkətlərinin silahlı işçilərinin gəminin göyərtəsində qalmaq icazəsindən gedir.

Qəzetin yazdığına görə, son illərdə müxtəlif ərazilərdə, xüsusilə Qvineya körfəzi, Qırmızı dəniz və Afrika Buynuzu adlanan ərazidə piratların ticarət və balıqçı gəmilərinə hücumlarının sayı artıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir