Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü avtomobil qəzasında öldü

Sharing is caring!

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceki Valorski (ABŞ-ın İndiana ştatından olan respublikaçı) avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə ABC telekanalının yerli bölməsi məlumat yayıb.

Nappani şəhəri yaxınlığında iki avtomobil toqquşub. Nəticədə 58 yaşlı Valorskidən başqa, daha iki nəfər həlak olub.

Ceki Valorskinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarı olduğu bildirilir.

Valorski 2012-ci ildən Konqresdə öz ştatını təmsil edirdi.

Mənbə: Life.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir