Dünya

Çində uşaq bağçasına hücum olub, ölənlər var – VİDEO

Sharing is caring!

Çinin Tszyansi əyalətində bir nəfərin uşaq bağçasına silahlı hücumu nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə Anfu dairəsinin İctimai Təhlükəsizlik Bürosu məlumat yayıb.

Hücum günün birinci yarısında özəl uşaq bağçalarından birində baş verib.

Məlumata görə, Anfu dairəsində özəl uşaq bağçasına üzü maskalı, başında beysbol papağı olan silahlı şəxs soxulub və insanlara hücum edib.

Polisin hesabatında həmin şəxsin cinayəti törətmək üçün hansı silahdan istifadə etdiyi göstərilmir.

Onun motivləri haqqında da məlumat yoxdur. Yalnız məlumdur ki, hücumu Liu adlı 48 yaşlı yerli sakindir.

Hazırda polis cinayəti törədən şəxsi axtarır.

Mənbə: Komsomolskaya Pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir