Dünya

Silahlı dəstə klip çəkilişində modelləri zorladı

Sharing is caring!

Cənubi Afrikada silahlı şəxslərdən ibarət dəstə videoklipin çəkiliş meydançasında səkkiz modeli zorlayıb.

Hadisə ölkənin Qautenq əyalətindəki qanunsuz mədəndə baş verib.

Məlumata görə, qızlar qaçmağa çalışsalar da, təcavüzkarlar onları atəş açmaqla hədələyiblər.

Cinayətkarlar modelləri və çəkiliş qrupunun digər üzvlərini yerə uzanmağa məcbur edib, bundan sonra onların mobil telefonlarını, pullarını və qızıl-zinət əşyalarını götürüblər.

Polis hadisə yerinə gələndə atışma baş verib və nəticədə silahlılardan biri öldürülüb. Digər 17 cinayətkar isə qaça bilib.

Həmçinin, 65 qanunsuz mədənçi həbs edilib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir