Dünya

Ukrayna Rusiyaya mülki şəxslərin mübadiləsini təklif edib

Sharing is caring!

Ukrayna Rusiya Federasiyasını mülki şəxslərin mübadiləsi aparmağa dəvət edir.

Bunu Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets Ümumukrayna telemarafonunda deyib.

O bildirib ki, Cenevrə Konvensiyalarına görə, hərbi əməliyyatlarda iştirak edən dövlət mülki şəxsləri saxladığını etiraf edərsə, onları geri qaytarmalıdır.

Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər gedir.

“Ukrayna ərazisində oxşar kateqoriyadan olan Rusiya vətəndaşları var. Biz beynəlxalq konvensiyalara uyğun olaraq, hüquqi mənada heç bir şərt olmadan mülki şəxslərin azad edilməsi prosesinə başlamağa hazırıq. Ona görə də biz belə bir təşəbbüslə çıxış etdik”, – deyə o qeyd edib.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir