Cəmiyyət

Göygöldə avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alanlar var

Sharing is caring!

Göygöl rayonunda yol qəzası olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılması nəticəsində 1977-ci il təvəllüdlü N. Həsənova və 2004-cü il təvəllüdlü Ə.Həsənova xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. N.Həsənovanın vəziyyəti orta-ağır, Ə.Həsənovanın vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir