Dünya

41 yaşlı məşhur müğənni izləyicilərini heyran qoydu – FOTO

Sharing is caring!

Amerikalı müğənni və rəqqasə Kristina Aqilera çimərlik geyimində fotolarını sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.

41 yaşlı Kristina Aqilera şəxsi bloqunda İspaniyadakı tətilindən silsilə fotolar dərc edib. Şəkillərdə ağ rəngli çimərlik geyimində görünüb. Ulduz gözlərini gün eynəyi ilə gizlədib, çiyninə nazik köynək atıb və şezlonqda oturaraq poza verib. “Özümü özüm üçün sevirəm”, – deyə o, bir sıra çimərlik fotolarına şərh verib.

Kristina Aqileranın izləyiciləri fotolara “əla görünürsən”, “kraliça, sən mükəmməlsən”, “alovludur”, “heç vaxt indiki qədər gözəl görünməmisən”, “bu qızın 18 yaşı tamam olub?” kimi şərhlər yazıblar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir