Dünya

Ukrayna ordusu Donetsk istiqamətində yaşayış məntəqəsini azad etdi

Sharing is caring!

Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində yaşayış məntəqələrindən birini Rusiya hərbçilərindən azad edib.

Bu barədə Knyaz Vladimir Monomax adına 53-cü mexanikləşdirilmiş briqadanın “Facebook” səhifəsində məlumat verilib.

Məlumatda bildirilir ki, Ukrayna kəndinin rusiyalılardan azad edilməsində həmçinin “Aydar” 24-cü əlahiddə hücum batalyonunun əsgərləri də iştirak edib.

“Hazırda kənd daha çox ruha bənzəyir: “ölü” hərbi texnika, dağılmış evlər və mülki əhalinin dəhşətli xatirələri”, – deyə hərbçilər bildirirlər.

Məhz hansı yaşayış məntəqəsinin nəzərdə tutulduğu barədə briqada məlumat vermir.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir