Dünya

Conni Depp rəssam kimi debüt etdi və bir neçə saata yüzlərlə əsəri satıldı – FOTO

Sharing is caring!

Hollivud aktyoru və musiqiçisi Conni Depp “Friends And Heroes” (“Dostlar və Qəhrəmanlar”) adlı debüt kolleksiyasından rəsm əsərlərini 3 milyon funt sterlinqə (6,2 milyon manat) satıb.

Əsərlər Britaniyanın “Castle Fine Art” onlayn mağazasında təqdim edilib.

İlk kolleksiyaya aktyorun qravürləri daxil olub. Bunlar müğənni Bob Dilanın, aktyor Al Paçinonun, aktrisa Elizabet Teylorun və “The Rolling Stones” qrupunun gitaraçısı Keyt Riçardsın portretləridir. Depp bu insanların onu ilhamlandırdığını deyib.

Ümumilikdə kolleksiyaya 780 art-print daxil olub, onlar da bir neçə saat ərzində satılıb.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir