Dünya

Yeni GTA-nın təfərrüatları məlum oldu

Sharing is caring!

Populyar “Grand Theft Auto” (GTA) kompüter oyununun yeni hissəsində tarixdə ilk dəfə olaraq əsas personajlardan biri qadın olacaq.

Məlumata görə, ABŞ-ın “Rockstar Games” şirkəti tərəfindən hazırlanan oyunda iki əsas qəhrəman yer alacaq. Oyunun süjeti məşhur quldur cütlük Bonni və Klaydın əhvalatına əsaslanır.

Oyundakı hadisələr isə Mayami şəhərinin uydurma versiyasında baş verəcək.

Həmçinin, tərtibatçılar oyunu yeni missiyalar və məkanlarla yeniləməyi planlaşdırırlar.

Yeni oyunun buraxılış vaxtı dəqiq məlum deyil. Ekspertlərin fikrincə bu, ən azı iki ildən sonra baş verə bilər.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir