Dünya

Blinken Ukraynada müharibənin başlanmasından sonra ilk dəfə Lavrovla danışacaq

Sharing is caring!

ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmaq niyyətindədir.

Amerikanın xarici siyasət idarəsinin rəhbəri çərşənbə günü belə bir bəyanatla çıxış edib.

“Yaxın günlərdə Rusiya xarici işlər naziri ilə Ukraynada müharibə başlayandan bəri ilk dəfə danışacam”, – deyə o, bildirib.

Blinken qeyd edib ki, söhbət zamanı amerikalılar Pol Uilan və Britni Qrinerin azad edilməsi, Ukraynadan taxıl tədarükü ilə bağlı sövdələşmə müzakirə olunacaq.

O, həmçinin əmin edib ki, bu, Ukrayna ilə bağlı danışıqlar olmayacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir