Dünya

Adnan Oktarın villası satışa çıxarıldı

Sharing is caring!

Adnan Oktarın rəhbəri olduğu cinayət təşkilatının televiziya studiyası kimi tanınan lüks villa satışa çıxarılıb.

Təşkilatın əməliyyatdan əvvəl kirayə götürdüyü əmlak üçün üç milyon dollar istənilir.

Villa İstanbulun Üsküdar rayonunun Çengelköy məhəlləsində yerləşir. Evin bayır qapıları güllə keçirməyən qalın dəmirlə üzlənib. O, şəxsi mühafizə kabinələri və rentgen avadanlığı ilə təchiz edilib.

Təşkilatın silahlı üzvləri tərəfindən 24 saat mühafizə edilən evdən axtarış zamanı minlərlə güllə, tapança, tüfəng, zirehli jilet və radio rabitə vasitələri ələ keçirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir