Dünya

Kondisionerin insanlar üçün təhlükəsiz temperaturu açıqlandı

Sharing is caring!

Kondisionerin insan üçün optimal və təhlükəsiz temperaturu 22-23 dərəcədir.

Bunu rusiyalı terapevt, kardioloq, tibb elmləri doktoru Yuri Serebryanski yayda arzuolunmaz xəstəliklərdən qorunmaq üçün kondisionerin istifadə şərtləri barədə danışarkən bildirib.

“Kondisioner yaxşıdır. Əsas odur ki, onun altında yatmayın. Kondisioneri 18 dərəcəyə təyin etmək lazım deyil, 22-23 dərəcə temperatur rejimini tənzimləmək lazımdır. Bu zaman küçə ilə kontrast daha az olacaq. Onu yandırıb başqa otaqda qalmaq olar. Hava otaqlarda dövr edəcək, orta temperatur yaranacaq. Kondisioneri çarpayının üstündən asmaq lazım deyil”, – deyə mütəxəssis əlavə edib.

Həkim vurğulayıb ki, qurğudan ehtiyatsız istifadə edilərsə, insanda pnevmoniya yarana bilər.

O, vaxtaşırı kondisionerin yuyulub təmizlənməsinə (müxtəlif bakteriyaların yığılmasının qarşısını almaq üçün) də çağırıb.

Mənbə: Ura.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir