Dünya

Rusiya Ukraynadan yarım milyon ton taxıl və 11 min ton metal oğurlayıb – İDDİA

Sharing is caring!

ABŞ-ın keçmiş hökumət rəsmiləri, beynəlxalq ticarət ekspertləri, milli təhlükəsizlik ekspertləri və analitiklərindən ibarət Rusiya Piratçılıq Araşdırmaları Təşəbbüsü (ISRP) Rusiyanın Ukrayna məhsullarını necə oğurladığını sübut edən hesabat dərc edib.

Məlumata görə, Rusiya artıq yarım milyon ton taxıl və 11 min ton metal oğurlayıb. Daha 28 min ton metal isə daşınması üçün növbə gözləyir.

“Ukrayna limanlarından qanunsuz olaraq 500 min tondan çox taxılın, o cümlədən buğda və qarğıdalının ixrac edildiyi təxmin edilir. ABŞ-ın əmtəə qiymətlərinə əsasən, iyulun 15-dək Ukraynadan oğurlanan məhsulların ümumi bazar dəyəri təxminən 154 milyon dollar təşkil edir”, hesabatda deyilir.

Həmçinin hesabata əsasən, Rusiya təkcə “Azovstal”dan 11 min tona qədər Ukraynaya məxsus metal məhsullarını oğurlayıb.

“Mariupol limanında dayanmış gəmilərə ən azı daha 28 min ton metal yüklənib. Oğurlanmış metalın dəyəri ümumilikdə demək olar ki, 43 milyon dollardır”, – sənəddə bildirilir.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir