Dünya

İstanbulda taxıl məsələsi ilə bağlı birgə koordinasiya mərkəzi fəaliyyətə başladı

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində taxıl məsələsi ilə bağlı birgə koordinasiya mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İstanbulda “Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üçün Anlaşma Təşəbbüsü” müddəalarına uyğun olaraq Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb. Rusiyalı ekspertlərdən ibarət qabaqcıl qrup bu gün İstanbula gedəcək və dördtərəfli formatda işə başlayacaq”, – deyə məlumatda bildirilir.

Rusiya nümayəndə heyətinə kontr-admiral Eduard Luyk başçılıq edir. Qeyd olunur ki, Birgə Koordinasiya Mərkəzində rusiyalı mütəxəssislərin əsas vəzifəsi təşəbbüsün praktiki həyata keçirmə mərhələsinə qədəm qoyması üçün bütün zəruri məsələlərin operativ həlli olacaq.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir