Dünya

Xarkovda hava hücumuna davamlı dayanacaqlar quraşdırılacaq – FOTO

Sharing is caring!

Ukraynanın Xarkov şəhərində təhlükəsiz ictimai nəqliyyat dayanacaqları tikiləcək.

Bu barədə Xarkov Şəhər Şurası məlumat verib.

Qeyd olunur ki, ilk olarq 25 belə dayanacaq tikiləcək, gələcəkdə onların sayının artırılması gözlənilir.

Bu dayanacaqlar ən sıx trolleybus, avtobus və tramvay marşrutlarının keçdiyi ərazidə quraşdırılacaq.

Təhlükəsiz dayanacaqlar dəmir-beton konstruksiyadan inşa ediləcək.

“Vətəndaşlar mərmi təhlükəsi olduğu zaman, həmçinin, hava hücumları zamanı bu dayanacaqlara sığına biləcəklər. Oxşar dayanacaqlar İsraildə də mövcuddur”, – Xarkov Şəhər Şurasının məlumatında qeyd olunur.

Mənbə: Unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir