Dünya

Cinslərlə bağlı açıqlamadan sonra Trampa 78 faiz səs gəldi

Sharing is caring!

Floridada keçirilən “Turning Point” tələbə konfransında aparılan sorğuya əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə ən populyar namizəddir. Araşdırma ilə bağlı məlumatları “Fox News” təqdim edib.

Əksəriyyəti müxtəlif gənclər təşkilatlarını təmsil edən respondentlərin 78,7%-i Trampa səs verib. Respondentlərin daha 19%-i Florida qubernatoru Ron DeSantisə üstünlük verib. Trampın keçmiş tərəfdaşı və onun administrasiyasında vitse-prezident olan Mayk Pens cəmi 0,3% səs toplayıb.

Tramp iyulun 23-də keçirilən tələbə sammitində bir sıra səs-küylü açıqlamalar verib. O, dünyada yalnız iki cinsin – qadın və kişi cinsinin olduğunu bildirib. Keçmiş prezident həmçinin Amerika təhsil sistemini dövlət məktəblərində İncili qadağan etdiyinə görə “xəstə” adlandırıb.

Tramp onu da qeyd edib ki, ABŞ indiki Prezident Co Baydenin dövründə yardım istəmək məcburiyyətində qalan kasıb ölkəyə çevrilib. Onun fikrincə, iki il ərzində ABŞ güclü, qüdrətli ölkədən zəif ölkəyə çevrilib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir