Dünya

Qisasçılar haqqında növbəti filmin nə vaxt ekranlara çıxacağı məlum oldu

Sharing is caring!

“Marvel Studios” 2025-ci ildə superqəhrəmanlar kainatının altıncı mərhələsini tamamlayacaq “Avengers: The Kang Dynasty” və “Avengers: Secret Wars” filmlərinin buraxılacağını elan edib.

Bu barədə studiyanın rəhbəri Kevin Feyge “Comic-Con 2022”də təqdimat zamanı danışıb.

O, bildirib ki, filmlərdən birincisi may, ikincisi isə noyabrda ekranlara çıxacaq.

Qeyd edək ki, hazırda Qısasçılar barədə son film “Avengers: Endgame”dir. Onun dünya premyerası 22 aprel 2019-cu ildə baş tutub. Ekran əsəri Ceyms Kemeronun “Avatar”ını geridə qoyaraq tarixin ən çox gəlir gətirən filmi olub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir