Dünya

Yunanıstanın Lesbos adası sakinləri təxliyə edildi

Sharing is caring!

Yunanıstanın Lesbos adasının şərq hissəsində baş verən yanğın məşhur turizm çimərliyi Vateraya doğru yayılıb.

Yanğın artıq bir neçə evi məhv edib. Bu səbəbdən də ada sakinləri təxliyə olunub.

Mövcud məlumata görə, yanğını söndürmək üçün kifayət qədər işçi qüvvəsi və vəsait yoxdur. Artıq bütün yanğınsöndürənlər və xüsusi texnika səfərbər olunub, hərbçilər də hadisə yerinə cəlb olunub.

İnsident nəticəsində 9 nəfərin xilas edildiyi, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilir. Onun vəziyyəti ilə bağlı hələ heç nə məlum deyil.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir