Dünya

Böyük ağ köpək balıqları ABŞ-ın şərq sahillərinə hücum edir – FOTO

Sharing is caring!

ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend şəhərinin bir neçə çimərliyində üzmək müvəqqəti olaraq dayandırılıb. Bu qərar Smit Point Biç-də təlimlərdə iştirak edən xilasedicini köpək balığı dişlədikdən sonra qəbul edilib.

İyunun 30-dan bu yanaa şəhər sakinləri arasında məşhur olan Cons Biç də daxil olmaqla Lonq Aylend sahilləri boyunca çimərliklərdə insanlara eyni anda beş köpək balığının hücumu baş verib. Onlardan 3-ü köpək balığının dişləməsi nəticəsində ağır yaralanıb.

Mütəxəssislər hesab edir ki, köpəkbalıqlarının çimərliklərdə peyda olmasına səbəb son həftələrdə yaranmış isti hava şəraiti ilə əlaqədar suyun temperaturunun artması olub.

Mənbə: Sputnik Qruziya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir