Dünya

Amerikalı eyni vaxtda koronavirusa və meymunçiçəyinə yoluxdu

Sharing is caring!

Kaliforniyanın Sebastopol şəhərindən olan amerikalı Mitço Tompson eyni vaxtda koronavirus və meymunçiçəyinə yoluxub.

İyunun sonlarında onun koronavirus testi müsbət çıxıb. Bundan sonra kürəyində, ayaqlarında, qollarında və boynunda kiçik qırmızı ləkələr əmələ gəlib.

Həkim onun COVID-19 və meymunçiçəyi xəstəliyinə tutulduğunu təsdiqləyib.

Xəstəliyi zamanı onda qızdırma, təngnəfəslik, titrəmə, bədən ağrıları, dəri zədələri müşahidə olunub.

O, yataqdan çətinliklə qalxdığını və daim susuz olduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, ABŞ-da 2400-dən çox meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir