Dünya

Bolqarıstan çimərliyində Rusiya raketi tapıldı – FOTO

Sharing is caring!

Bolqarıstan sahillərində Rusiya istehsalı olan “Pantsir-S1” zenit-raket kompleksinə məxsus raketin bir hissəsi tapılıb.

Hadisə Pomorie və Aheloy şəhərləri arasındakı çimərlik ərazidə baş verib.

Dəniz suları raketin bir hissəsini hotelin qarşısındakı sahəyə çıxarıb.

Sahildə istirahət edənlər dərhal müvafiq xidmətlərə məlumat veriblər.

Mütəxəssislər qeyd edirlər ki, bu, rakerin atəş açıldıqdan sonra ayrılan və artıq təhlükə yaratmayan bir hissəsidir.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir