Dünya

Fransada COVID peyvəndinin ikinci buster dozası tövsiyə olundu

Sharing is caring!

Fransada hökumət koronavirus peyvəndinin dördüncü, yəni ikinci buster dozasının tövsiyə edildiyi kateqoriyaların siyahısını genişləndirmək qərarına gəlib.

Sağlamlıq mütəxəssislərinin tövsiyələri əsasında ikinci buster hamilə qadınlara, sağlamlığına görə risk qrupuna daxil olan 60 yaşdan aşağı şəxslərə, həmçinin yaşlılarla və ya digər həssas kateqoriyalardan olan insanlarla yaşayan şəxslərə tövsiyə olunur.

Bu kateqoriyalar təxminən beş milyon insanı əhatə edir.

İndiyə qədər dördüncü doza yalnız 60 yaşdan yuxarı insanlar və immunitet sistemində problemləri olanlar üçün tövsiyə olunurdu. Statistikaya görə, bu kateqoriyalara aid olan təxminən 12 milyondan dörd milyonu artıq peyvənd olunub. Fransada ikinci busterin daha həssas qruplar üçün 3-cü dozadan üç ay sonra, tövsiyə olunan digər bütün kateqoriyalar üçün isə altı aydan sonra vurulması tövsiyə olunur.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir