Dünya

Sankt-Peterburqda yaşayış binalarına dronla hücum nəticəsində partlayış baş verib – FOTO/VİDEO

Sharing is caring!


Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumundan sonra partlayış olub.

Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.

Bildirilir ki, partlayışla əlaqədar iki yaşayış binasına ciddi ziyan dəyib.

“Binalardan 100-ə yaxın sakin təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur”, – deyə mənbələrdən vurğulanıb.

Bəzi məlumatlara görə, hücumun hədəfi Sankt-Peterburqun şimal-şərqindəki Ruçyi neft anbarı olub. Pilotsuz uçuş aparatının düşdüyü yerlə həmin məntəqə arasında bir kilometrdən az məsafə olub.

Mənbə: İz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir