Dünya

Britaniya hakimiyyəti yeni “Sizewell C” atom elektrik stansiyasının tikintisi layihəsini təsdiqləyib

Sharing is caring!

Britaniya hökuməti karbon emissiyalarının azaldılması kampaniyası çərçivəsində İngiltərənin Saffolk şəhərində yeni “Sizewell C” atom elektrik stansiyasının tikintisini təsdiqləyib.

Bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin mətbuat xidməti öz saytında məlumat yayıb.

“Bu gün, 20 iyul 2022-ci ildə “Sizewell C” tikinti layihəsi üçün təqdim olunmuş ərizə biznes, energetika və infrastruktur məsələləri üzrə nazir tərəfindən təsdiqini aldı”, – deyə məlumatda qeyd edilib.

Layihənin əsas sahibi Fransanın EDF şirkətidir. Şirkət yeni atom elektrik stansiyasının altı milyon ev təsərrüfatını təmin etmək üçün kifayət qədər aşağı karbonlu elektrik enerjisi istehsal edə biləcəyini nəzərdə tutur.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir