Dünya

Afina yaxınlığında meşə yanğınları: Yüzlərlə insan təxliyə edildi – FOTO/VİDEO

Sharing is caring!

Yunanıstanda Afina yaxınlığındakı Penteli dağlıq bölgəsində baş verən şiddətli meşə yanğını səbəbilə dörd rayondan ən azı 600 nəfər evakuasiya edilib.

Bu barədə “Protothema” məlumat verib.

Yanğın çərşənbə axşamı günorta Afinanın mərkəzindən təxminən 27 kilometr şimalda yerləşən Penteli dağında baş verib. Şahidlərin sözlərinə görə, axşama doğru alov təxminən 50 kilometr uzaqlıqdakı Evia adasından görünüb.

Axşam saatlarında bir neçə istiqamətdə alovlanan yanğını 420-yə yaxın yanğınsöndürən 85 texnikanın dəstəyi ilə söndürməyə çalışır. Söndürmə əməliyyatları sürəti 80 km/saata çatan güclü külək nəticəsində çətinləşir.

Hakimiyyət dörd rayonun boşaldılmasını əmr edib: Drafi, Antusa, Dioni və Dasamari. Həmçinin digər ərazilərdə yaşayan sakinlərə evakuasiyaya hazır olmaq tövsiyə edilib.

Penteliyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir