Dünya

ABŞ-ın Brayton Biç prospekti “Ukrayna yolu” adlandırılacaq

Sharing is caring!

Amerikanın Nyu York şəhərində Brayton Biç (Brighton Beach) prospekti və Bruklində Koni Aylend Avenyu (Coney Island Avenue) prospekti “Ukrayna yolu” adlandırılacaq.

Qanun layihəsi Nyu York Şəhər Şurası tərəfindən dəstəklənib, sənədin mer tərəfindən imzalanması qalır.

Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa məlumat verib.

Adın dəyişdirilməsi genişmiqyaslı dəyişikliklərin bir hissəsi kimi həyata keçiriləcək. Əlavə edilən dəyişikliklər çərçivəsində Nyu Yorkda bir çox küçələrin adlarının dəyişdirilməsi təklif edilir.

Bruklində Koni Aylend Avenyu prospekti ilə birlikdə “Brighton Beach”i təşkil edən Brayton Biç Avenyu “Ukrayna yolu” adlandırılacaq.

ABŞ-dakı “Brighton Beach” 1970-ci illərdə bu ərazidə məskunlaşmağa başlayan rusdilli mühacirlərin çoxluğuna görə “Rus rayonu” adlanırdı. Ənənəyə görə, burada hələ də rus dilində yazıları olan bir çox mağaza və restoran var.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir