Dünya

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

Sharing is caring!

İyunun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarədən atılıb.

“Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları dəqiqləşdirilir” – Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında qeyd olunub.

Mənbə: Unian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir