Dünya

İspaniyada iki gündə 43 nəfər istilər səbəbindən ölüb

Sharing is caring!

İspaniyada iki gündə həddindən artıq istilər 43 nəfərin ölümünə səbəb olub.

İyulun 10-u və 11-də İspaniyada havanın həddindən artıq yüksək temperaturu səbəbindən ölənlərin əksəriyyəti 75 yaşdan yuxarıdır.

Krallıqda istidən iyulda 111-dən çox, iyunda 829 ölüm qeydə alınıb.

İspaniya Dövlət Meteorologiya Agentliyi isti hava ilə əlaqədar əksər bölgələrdə hava xəbərdarlığı səviyyəsini sarı (təhlükə) və narıncı (yüksək təhlükə) rəngə qaldırıb. Bundan başqa, bir sıra əyalətlərdə xəbərdarlıq səviyyəsi ən yüksək – qırmızı (fövqəladə təhlükə) səviyyəsinə qaldırılıb. Havanın temperaturu 45 dərəcəyə çata bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir