Dünya

“Lada” avtomobillərinin qiymətləri ucuzlaşacaq

Sharing is caring!

Yaxın vaxtlarda “Lada” avtomobillərinin qiymətləri azalacaq.

Bu barədə “AvtoVAZ”ın rəhbəri Maksim Sokolov bildirib.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, güzəştli avtomobil krediti proqramının işə salınması və rublun məzənnəsinin sabitləşməsi fonunda baş verəcək.

Ölkənin Sənaye və Ticarət Nazirliyi avtomobillərin son qiymətini azaldacaq tələbi dəstəkləyən proqramlar hazırlayır.

“AvtoVAZ” rəhbəri qeyd edib ki, proqram işə salındıqdan sonra hazırda istehsal olunan avtomobillər pik vaxtından ucuz satılacaq.

Mənbə:  News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir