Dünya

“Taliban”ın məşhur siması mədən sektorunu monopoliyaya götürdü

Sharing is caring!

“Taliban”ın Əfqanıstanda qurduğu hökumətin daxili işlər naziri olan Siracuddin Haqqani ölkənin mədən sektorunu monopoliyaya götürüb.

Mənbə Əfqanıstandakı ekspertə istinadən xəbər verir ki, Siracuddin Haqqani bunu Əfqanıstanda gözlənilən vətəndaş müharibəsi zamanı öz döyüşçülərinin maliyyə gəlirlərini təmin etmək üçün edir.

Qeyd olunur ki, Əfqanıstanın şərqindəki böyük xromit yataqları tam olaraq Siracuddin Haqqaninin nəzarəti altındadır.

“Siracuddin Haqqani mədən sektorundan əldə etdiyi vəsaitin böyük hissəsini Fars körfəzi ölkələrində saxlayır”, – mənbə yazır.

Mənbə: Foreign Policy

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir